Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda "Multimedia xidmətlərinin inkişafı" layihəsinə 13,7 mln. avro kredit alınıb

    Stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satınalması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb

    Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümümdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 17,0% üstələyir. 

    "Report"un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 62-yə bərabərdir. Bu ilin birinci rübünün nəticələrinə əsasən, hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

    Respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksəkkeyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Multimedia xidmətlərinin inkişafı” layihəsi də işlənib hazırlanıb və layihənin maliyyələşdirilməsi üçün “Amsterdam Trade Bank”dan 13,7 mln. avro kredit alınıb.

    Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satınalması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar sifariş verilib və artıq bir hissəsi təchiz edilib.

    Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64 000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98 000 port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.

    Bu rüb ərzində “Bakinternet” internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma surəti ilin əvvəlinə nisbətən 6,5 Gbit/s artırılaraq 46,5 Gbit/s-yə çatdırılıb və 2014-cü ildə qurulmuş yeni internet platformasına bütün “Bakinternet” istifadəçilərinin qoşulması təmin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi