Yuxarı

Azərbaycanda Məlumatların Emalı və Saxlanılması Mərkəzi yaradılır

Google, Yahoo və Facebook şirkətləri layihəyə maraq göstərir

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda bu ilin iyun ayında Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) istismara verilməsi nəzərdə tutulub. "Report" xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini Məzahim Quliyev bildirib.

M.Quliyev əlavə edib ki, dünyanın nəhəng şirkətləri, xüsusən "Google" və "Yahoo" internet axtarış sistemləri, "Facebook" sosial şəbəkəsi artıq Məlumatların Emalı və Saxlanılması Mərkəzinə maraq göstərirlər.

Onun sözlərinə görə, bu cür beynəlxalq şirkətlərin Azərbaycan bazarına cəlb olunması eyni zamanda trafikin ləngiməsini aradan qaldıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi