Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 14% azalıb

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 14% azalıb Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqlarının istehsal dəyəri 77,4 mln. manat təşkil edib.
İKT
22 May , 2019 14:05
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 14% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqlarının istehsal dəyəri 77,4 mln. manat təşkil edib. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, son 1 ildə elektrik avadanlıqlarının istehsalı 2,6% artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 14,2% azalıb.

Dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 76,7% artıb, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 37,4%, məişət soyuducularının istehsalı 1,1% azalıb.

Son xəbərlər

Orphus sistemi