Yuxarı
    Bağlamaq

    Azərbaycanda internetin ucuzlaşdırılması ilə bağlı təkliflər hazırlanıb

    Yeni təkliflər, həmçinin provayderlərin öhdəliklərini sərtləşdirəcək və reklam SMS-lərinin göndərilməsi məsələsinə aydınlıq gətirəcək

    Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan bazarında mövcud internet tarifləri Avrasiya məkanında analoji orta qiymətdən aşağıdır. "Report"un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, internet tarifləri ilə bağlı mövcud telekommunikasiya qanunvericiliyinə yeni düzəlişlər hazırlanıb və bunlar parlament tərəfindən təsdiqlənəcəyi təqdirdə internet xidmətlərinin keyfiyyəti və qiymətində müəyyən dəyişikliklər olacaq.

    Nazir qeyd edib ki, internetin ucuzlaşdırılması, onun keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir: "Yəqin ki, həmin təkliflər parlamentdən keçəcək. Orada həm qiymətlərə, həm keyfiyyətə təsir, operatorların abunəçilər qarşısında öhdəliklərinin sərtləşdirilməsi, həmçinin əhaliyə mobil telefonla lazım olmayan reklam SMS-lərinin göndərilməsi, onların narahat olunması  məsələləri də bu dəyişikliklərdə əksini tapıb".

    "İnternet tariflərinin ucuzlaşması hər zaman diqqət mərkəzindədir, həmçinin dünyada gedən prosesləri izləyirik. Azərbaycanda internetin qiyməti Avrasiyada olan orta qiymətdən aşağıdır. Qiymət səbətinə görə biz 56-cı yeri tuturuq, hətta həcmə görə internetdən istifadə reytinqinə baxsaq, Beynəlxaq Telekommunikasiya İttifaqının cədvəlində 38-ci yerdəyik. Bu, olduqca yaxşı göstəricidir", - deyə Ə.Abbasov vurğulayıb.

    Nazir əlavə edib ki, bu yaxınlarda bütün ölkələr üzrə telefon şəbəkəsi ilə orta danışıq həcmi ilə bağlı hesabat dərc olunub: "Azərbaycanda mobil və stasionar telefonlardan çox istifadə edilir. Məsələn, mobil telefonların danışığına görə Avropada Türkiyədən sonra ikinci ən çox danışan

     azərbaycanlılardır. Bu özü də yaxşı göstəricidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi