Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 14% artıb

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 14% artıb Bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb
İKT
14 İyul , 2016 12:29
Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 14% artıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 798,9 mln. manatlıq xidmətlərin 72,0%-i əhali sektoruna aid olub. 

Bu, Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumatda qeyd edilib. 

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-iyun aylarında informasiya və rabitə xidmətlərinin həcmi 13,7% artıb. 

Bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

Son xəbərlər

Orphus sistemi