Yuxarı

​Azərbaycanda elektron şəxsiyyət vəsiqələrindən istifadə statistikası açıqlanıb

İyul ayında bu xidmətdən istifadə edənlərin sayı hesablanıb

Bakı. 17 avqust. REPORT.AZ/ Elektron şəxsiyyət vəsiqələrindən iyul ayında istifadə sayı bəlli olub. "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzindən daxil olan məlumata görə, ötən ay əhali “Elektron Hökumət” portalında olan “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” xidmətindən 1 738 dəfə yararlanıb.

Vətəndaş portala daxil olaraq “Elektron arayışlar” bölməsində adıçəkilən xidməti seçməklə şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə edə bilir.

Sənədi çap etmək, eləcə də elektron nüsxəni istənilən şəxsə e-poçt vasitəsilə göndərmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi