​Azərbaycanda bu il 91 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

​Azərbaycanda bu il 91 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb Bununla bağlı 182 akt tərtib edilib
İKT
4 May , 2015 08:37
​Azərbaycanda bu il 91 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

Bakı. 4 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində iş planına uyğun və Dövlət Radiotezlikləri İdarəsinə daxil olan müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilib. Bunun nəticəsində 182 akt tərtib edilib.

"Report" xəbər verir ki, bu tədbirlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən həyata keçirilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 91 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 41 ədədi möhürlənib, 33 ədədi qeydiyyata salınıb və 17 ədədinin qeydiyyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması ilə bağlı 8 protokol tərtib olunub və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciət edilib.

Son xəbərlər

Orphus sistemi