Yuxarı

Azərbaycanda bu il 7,1 min mobil nömrə daşınıb

Azərbaycanda mobil nömrələrin daşınması sistemi ilə bağlı hökumətə təkliflər hazırlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanda mobil nömrə daşınması xidməti üzrə bu ilin I yarımilliyi ərzində 7 094 ədəd mobil nömrə daşınıb. Daşınmanın effektivliyinin artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir.

"Report" xəbər verir ki, bundan başqa, mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və yarımillik ərzində 328 151 telefon və cihazın IMEI kodları bu sistem vasitəsi ilə qeydiyyata alınıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil nömrələrin daşınması sisteminin işlədiyi dövrdə rast gəlinən problemləri aradan qaldırmaq üçün və mobil operatorların əngəl yaratmalarının və istifadəçilərin sistemdən həddən artıq sui-istifadə etmə hallarının qarşısını almaq üçün qaydalara dəyişikliklər edilməsi ilə bağlı prosedurları son dərəcədə asanlaşdıran təkliflər hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Yaxın zamanda yeni qaydaların artıq tətbiq edilməsi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi