Yuxarı

Azərbaycanda avtomobil sənayesində istifadə üçün yeni materiallar hazırlanıb

Bu materiallardan soyuducu sistemli bütün qurğularda istifadə etmək olar

Bakı. 4 dekabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi (YTTM) əldə etdiyi elmi nəticələri “Bakutel-2015” beynəxalq İKT sərgisində nümayiş etdirib. Bura əsasən mərkəzdə alınan innovativ materiallar və onların əsasında prototipləri daxil olub. 

RYTN-dən "Report"a daxil olan xəbərə görə, sərgidə YTTM-də aparılan sistemli araşdırmalar nəticəsində yüksək təmizlik dərəcəsinə malik bir və çoxdivarlı karbon nanoborularının (KNB) alınma texnologiyası barəsində ətraflı məlumat verilib.

Bundan əlavə, “Bakutel-2015” sərgisində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində alınan keramika/karbon nanoboru əsasında yüksək elektrik və istilikkeçirici nanokompozit materiallar da nümayiş etdirilib. Bu materiallar tikinti sənayesi və LED texnologiyasında böyük perspektiv vəd edir.

Həmçinin, YTTM-də karbon nanoboru əsasında yüksək istilikkeçirici suspenziya məhlulları alınıb. Bu da avtomobil sənayesi, soyuducu sistemli bütün qurğularda istifadə üçün yeni materiallardır. Onlar da sərgiyə gələn həm yerli, həm də xarici ziyarətçilərə nümayişi olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi