Yuxarı
    Bağlamaq

    Azərbaycanda 20-dən çox fəhlənin işini görən texnika ixtira edilib - FOTO - VİDEO

    Yeni ixtira edilən texnika ilə 10 hektardan çox sahədə kartof əkilib© Report.az

    Qax. 31 mart. REPORT.AZ / Qax rayon sakini  kartof əkini zamanı 20-dən çox fəhlənin işini görən yeni texnika ixtira edib.

    "Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Ləkit kənd sakini, 30 yaşlı Kazım Hacıyev kartof əkinində daha səmərəli vasitəyə əl atıb.

    Gənc fermer bildirib ki, kartofəkən texnikanı iki ay müddətində hazırlayıb: "Texnika dörd hissədən ibarətdir. Avropa ölkələrində kənd təsərrüfatında istifadə olunan texnikalar mövcuddur. Lakin, Azərbaycanda belə texnikalardan az istifadə olunur. Buna görə də geniş sahədə kartof əkmək və daha az işçi qüvvəsindən istifadə etmək məqsədilə bu texnikanı hazırladım. Əkin zamanı 20 nəfərdən çox fəhlənin bir gün ərzində gördüyü işi bu texnika vasitəsilə mən və köməkçim həyata keçirə bilirik".

    K.Hacıyev əlavə edib ki, oxşar texnikaların Avropadan gətirilməsi böyük vəsait tələb edir: "Mənim ixtira etdiyim texnika ilə zavod istehsalı olan texnika arasında heç bir fərq yoxdur. Həmin texnikaları Avropadan gətirmək üçün 5-10 min arası vəsait lazım olur. Lakin, mən kənd şəraitində hazırladığım texnikaya 500 manata qədər xərc çəkmişəm".

    Qeyd edək ki, yeni ixtira edilən texnika ilə artıq 10 hektardan çox sahədə kartof əkini işləri həyata keçirilib. İxtiraçı gələcəkdə bu texnikanı təkmilləşdirməyi, daha sonra kartof yığan texnikanı hazırlamağı planlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi