​Azərbaycan və İran iki yeni sənəd imzalamağa hazırlaşır

​Azərbaycan və İran iki yeni sənəd imzalamağa hazırlaşır Bu sənədlər poçt və İKT sahəsində ikitərəsli əməkdaşlığı nəzərdə tutur
İKT
7 Noyabr , 2014 16:15
​Azərbaycan və İran iki yeni sənəd imzalamağa hazırlaşır

Bakı. 7 noyabr. REPORT.AZ/ "Bu gün İranla Azərbaycan arasında iki hökumətlərarası sənədin imzalanmasını müzakirə edəcəyik". "Report"un xəbər verdiyi kimi, bunu "Azərmarka" şirkəti və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə bu gün Bakıda keçirilən IV Milli Filateliya Sərgisində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Abbasovun sözlərinə görə, bu sənədlərdən biri poçt, digəri isə informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanla İran arasında əməkdaşlıq haqqında saziş layihələridir. Müzakirələr Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi (Mahmoud Vaezi) ilə aparılacaq.

Son xəbərlər

Orphus sistemi