Azərbaycan və İran TASİM layihəsi ilə bağlı müzakirələr aparacaq

Azərbaycan və İran TASİM layihəsi ilə bağlı müzakirələr aparacaq Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan, İran, Rusiya və Türkiyənin rabitə nazirlərinin növbəti görüşü gələn ay İranda keçiriləcək.
İKT
5 Dekabr , 2018 12:06
Azərbaycan və İran TASİM layihəsi ilə bağlı müzakirələr aparacaq
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ "Azərbaycan, İran, Rusiya və Türkiyənin rabitə nazirlərinin növbəti görüşü gələn ay İranda keçiriləcək".

“Report” xəbər verir ki, bunu İranın rabitə naziri Məhəmməd Cavad Cəhromi deyib.

Onun sözlərinə görə, görüşdə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi ilə bağlı danışıqlar əsas müzakirə mövzusu olacaq.

İranlı nazir iki ölkə arasında poçt sahəsindəki əməkdaşlıqdan da danışıb: “Bu sahədə əməkdaşlıq qurulub və bunu inkişaf etdirmək niyyətindəyik. Xüsisilə maliyyə poçtu xidmətlərinin inkişafını nəzərdə tuturuq”.

Son xəbərlər

Orphus sistemi