Azərbaycan və İndoneziya insan resurslarının inkişafı sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarını öyrənir

Azərbaycan və İndoneziya insan resurslarının inkişafı sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarını öyrənir Tərəflər bilavasitə İKT sahəsində HR əlaqələrin inkişafı məsələsini müzakirə ediblər
İKT
12 İyul , 2017 12:33
Azərbaycan və İndoneziya insan resurslarının inkişafı sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarını öyrənir

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bey Fanani ilə insan resurslarının (HR) inkişafı sahəsində ölkələr arasında əməkdaşlıq məsələsini müzakirə ediblər.

"Report" İndoneziya KİV-inə istinadən xəbər verir ki, tərəflər bilavasitə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində HR əlaqələrin inkişafı məsələsini müzakirə ediblər.

Qeyd edək ki, görüşdə səfiri İndoneziyanın Rabitə Nazirliyinin araşdırma və insan resurslarının inkişafı şöbəsinin rəhbəri Basuki Yusuf İskəndər müşayiət edib. 

Son xəbərlər

Orphus sistemi