Yuxarı

Azərbaycan və Əfqanıstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə olunub

​Azərbaycan və Əfqanıstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşl

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda səfərdə olan Əfqanıstanın Maliyyə naziri Məhəmməd Humayun Qayuminlə görüşüb.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında nəqliyyat, tranzit, eyni zamanda informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Həmçinin qeyd olunan istiqamətlərdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əfqanıstanlı nazir Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi