Azərbaycan və Almaniya İKT üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan və Almaniya İKT üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır Bakı. 14 fevral. REPORT.AZ/ Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) görüş keçirilib.
İKT
14 Fevral , 2018 14:28
Azərbaycan və Almaniya İKT üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Report

Bakı. 14 fevral. REPORT.AZ/ Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) görüş keçirilib.

“Report” bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Nümayəndə heyətinin tərkibinə Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard Şleyer, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann daxildir. Görüşdə, həmçinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri də iştirak ediblər.

Almaniyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin Azərbaycana investisiya yatırmasına cəlb olunması, Azərbaycan-Almaniya İKT forumunun təşkili, beynəlxalq avtomobil daşımaları və İKT sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi kimi bir çox məsələlər görüşün müzakirə mövzusu olub.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir: "Almaniya ilə tranzit trafik ötürülməsi, radio və televiziya yayımı, nanotexnologiyalar, beynəlxalq sərnişin və yük daşımaları, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq edilir".

Nazir qeyd edib ki, Azərbaycanla Almaniya arasında müvafiq sənədlər imzalanmalı, həmçinin İKT şirkətlərinin təmsil olunduğu biznes forum keçirilməlidir. “Bakutel-2018” sərgisində Almaniyanın milli pavilyonla təmsil olunmasının zəruriliyini qeyd edən nazir, işgüzar biznes forumun təşkilinin də faydalı olacağını vurğulayıb.

Görüşdə V.Büxelen bildirib ki, bir sıra biznes forumların, təqdimatların keçirilməsində, habelə komitə tərəfindən dərc olunan jurnalda Azərbaycan iqtisadiyyatı barədə məqalələrin dərc edilməsində, eləcə də mütəxəssislər üçün ixtisasartırma kurslarının təşkilində komitə ilə sıx əməkdaşlıq edilir.

Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının sədri Falko Heidriç almaniyalı iş adamlarının Azərbaycana investisiya yatırmasının təşviq edilməsinin vacibliyini bildirib.

Son xəbərlər

Orphus sistemi