Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Tehranda IV Texnologiya və İnnovasiya Sərgisi (INOTEX-2015) işə başlayıb. Beynəlxalq sərgidə Azərbaycanı
"Report"un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin hazırladığı stenddə Azərbaycanın milli istehsalı olan texnologiya və innovasiya məhsulları nümayiş etdirilir.
Sərgidə 20 ölkədən 500-ə yaxın şirkət iştirak edir. Builki sərgiyə İranın 54 şirkəti qatılaraq texnologiya məhsullarını nümayiş etdirəcək. Rusiyanı sərgidə 34 qurum təmsil edəcək. Bu ölkələrlə yanaşı, sərgiyə Çin, Böyük Britaniya, Koreya Respublikası, Hindistan və başqa ölkələrin şirkətlərinin nümayəndələri qatılıb.
Sərgi çərçivəsində müxtəlif dövlətləri təmsil edən şirkətlərin rəhbərləri qarşılıqlı görüşlər keçirərək əməkdaşlıq əlaqələrini müzakirə edəcəklər. Tədbirdə nümayiş olunacaq məhsulların satışı da nəzərdə tutulub.