Azərbaycan son 12 ildə yüksək texnologiyalar sahəsi üzrə 41 mln.dollarlıq mal ixrac edib

Azərbaycan son 12 ildə yüksək texnologiyalar sahəsi üzrə 41 mln.dollarlıq mal ixrac edib Naziri Əli Abbasov: "Son 5 ildə yüksək texnologiyaların inkişafına 2 mlrd. dollar investisiya yatırılıb"
İKT
17 Mart , 2015 10:52
Azərbaycan son 12 ildə yüksək texnologiyalar sahəsi üzrə 41 mln.dollarlıq mal ixrac edib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan neft sahəsində əldə olunan gəlirlər hesabına neftdən asılı olmayan iqtisadiyyat qurmaq niyyətindədir. Son 8-10 il ərzində Azərbaycanın neftdən asılılığı minimuma enib, ölkənin qeyri-neft sektoru iki dəfə artıb. Lakin ölkənin ixtac potensialı 93% neft və neft məhsullarından asılıdır. 

"Report"u məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxışı zamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: "Hədəfimiz bu asılılığı minimuma endirməkdir. Bu istiqamətdə texnoloji sektorun inkişafını yüksək həddə çatdırmaqdan ibarətdir. Ölkədə yüksək texnologiyaların inkişafı üçün son 5 ildə bu sektorun həcmi 3,5 dəfə artıb, bu sahəyə 2 mlrd. dollar investisiya yatırılıb". 

Nazir ölkədə qeyri-neft sektorunun inkişafı məqsədilə informasiya texnologiyaları sahəsində əsas üç hədəfi açıqlayıb. O, bildirib ki, ilk olaraq XXI əsr infrastrukturunun, yəni informasiya texnologiyaları, şəbəkə, telekommunikasiya, internetin sürətli inkişafı əsas məqsədlər sırasındadır: "Həmçinin, sosial iqtisadiyyatın internet texnologiyalarına təsiri və sürətlə inkişaf edən yüksək texnoloji fondların yaradılması məqsədlərimizə daxildir".

Ölkədə genişzolaqlı internetin genişləndirilməsi sayəsində əhalinin 85%-nin bu xidmətlərə çıxışı olacağını qeyd edən nazir əlavə edib ki, hazırda Azərbaycanın informasiya texnologiyaları sahəsinin tərəqqisi üçün yeni istehsal sahələrini təşkil etməlidir. Ə.Abbasovun sözlərinə görə, Azərbaycan son 12 ildə yüksək texnologiyalar sahəsi üzrə 41 mln. dollarlıq mal və məhsul ixrac edib: "Bu, olduqca kiçik rəqəmdir. Bunun artımını təşkil etmək lazımdır. Həmçinin, ixracyönümlü, yüksək texnoloji tutuma malik məhsullar və xidmətlərin istehsalını da təmin etməliyik".

Ə.Abbasov ölkə bazarının da çox kiçik olduğunu və 9,5 mln.-luq bazarın qeyri neft sektorunun inkişafı üşün əsas maneələrdən biri olduğunu xatırladıb və bildirib ki, bazarın genişləndirilməsi üçün hazırda iş gedir.

Son xəbərlər

Orphus sistemi