Azərbaycan şirkətləri Türkmənistana dəvət olunub

Azərbaycan şirkətləri Türkmənistana dəvət olunub Aşqabadda beynəlxalq telekommunikasiya, telemetriya və informasiya texnologiyaları konfransı keçiriləcək
İKT
19 Avqust , 2016 13:09
Azərbaycan şirkətləri Türkmənistana dəvət olunub

Bakı. 19 avqust. REPORT.AZ/ Sentyabrın 15-16-da Aşqabadda (Türkmənistan) şəhərində “Turkmentel-2016” X beynəlxalq telekommunikasiya, telemetriya və informasiya texnologiyaları konfransı keçiriləcək.

Azərbaycanın Kabel Operatorları Assosiasiyasından (AKOA) “Report”a bildirilib ki, Assosiasiya sözügedən konfransa dəvət edilib.

Konfrans çərçivəsində elektron ödənişlər, informasiya təhlükəsizliyi, İP TV, e-Hökumət, e-Sənəd dövriyyəsi məsələlərinin həlli məqsədilə Türkmənistanın müasir avadanlığa, informasiya və kommunikasiya texnologiyalarına olan tələbatı müzakirə olunacaq.

Türkmənistan Rabitə Nazirliyi, “Altın Asır” milli mobil rabitə operatoru, “TurkmenTelecom” milli telekommunikasiya şirkəti, Elm və Texnologiyalar üzrə Dövlət Agentliyi, Türkmənistan Prezidenti yanında Milli Kosmik Agentliyi, Regional Rabitə Birliyi sözügedən konfransa rəsmi dəstək göstərir.

Azərbaycanın yerli sahibkarları və işgüzar dairələri də konfransda iştiraka dəvətlidir.

Son xəbərlər

Orphus sistemi