Azərbaycan sahibkarları “Ümumi Məlumatların Qorunması Qaydaları"nın hazırlanmasında iştirak etmək istəyir

Azərbaycan sahibkarları “Ümumi Məlumatların Qorunması Qaydaları"nın hazırlanmasında iştirak etmək istəyir Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət etməyə hazırlaşır.
İKT
30 May , 2019 14:58
Azərbaycan sahibkarları “Ümumi Məlumatların Qorunması Qaydalarının hazırlanmasında iştirak etmək istəyir

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət etməyə hazırlaşır.

Bu barədə “Report”a “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum “Ümumi Məlumatların Qorunması Qaydaları"nın (General Data Protection Regulation - GDPR) hazırlanmasına töhfə vermək istəyir: “İş adamlarının bununla bağlı təklifləri var və “AmCham” olaraq nazirə müraciət etmək niyyətindəyik”.

N.Məmmədova onu da deyib ki, sözügedən qaydalar həmin məlumatlardan istifadə şərtlərini müəyyən edəcək: “Bu qaydalarla müəyyən olunacaq ki, artıq fərdi məlumatların hansı hissəsi hamıya əlçatan olacaq və yaxud dövlət vətəndaşın şəxsi məlumatlarının neçə faizinə çıxış hüququ qazanacaq. Bu isə həm fərdi, həm də digər məlumatların qorunması baxımından əhəmiyyətlidir”. 

Son xəbərlər

Orphus sistemi