​Azərbaycan Minskda keçirilən beynəlxalq İKT sərgi-forumunda iştirak edir

​Azərbaycan Minskda keçirilən beynəlxalq İKT sərgi-forumunda iştirak edir Sərgi çərçivəsində Belarus-Azərbaycan İKT forumu da təşkil olunub
İKT
20 Aprel , 2016 18:07
​Azərbaycan Minskda keçirilən beynəlxalq İKT sərgi-forumunda iştirak edir

Bakı. 20 aprel. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından ibarət 40-a yaxın Azərbaycan nümayəndə heyəti Minskda (Belarus) keçirilən “TİBO-2016” beynəlxalq informasiya-kommunikasiya sərgi-forumunda iştirak edib.

Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, tədbirin açılış mərasimində Belarusun baş naziri Andrey Kobyakov, rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə və digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

Sərgidə təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkənin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar.

Eyni zamanda sərgi çərçivəsində hər iki ölkənin müvafiq nazirlikləri arasında informasiya texnologiyaları üzrə şirkətlərin iştirakı ilə III Belarus-Azərbaycan İKT forumu keçirilib.

Qeyd edək ki, 23-cü dəfə təşkil olunan “TİBO-2016” ixtisaslaşan sərgisi MDB və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biridir. Toplantı aprelin 22-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi