Yuxarı

Azərbaycan "Microsoft"la birgə işçi qrupu yaradır

İşçi qrupu əlaqələrin hazırkı vəziyyətini araşdıracaq və inkişaf perspektivləri ilə bağlı təkliflər hazırlayacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə bu gün Azərbaycanda səfərdə olan “Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Maykl Koqlerlə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanın dövlət qurumlarında istifadə olunan “Microsoft” proqram təminatlarının lisenziyalaşdırılması və bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş kimi çıxış etməsi, elektron imza alqoritmlərində yeni texnologiyaların tətbiqi müzakirə olunub.

M.Koqler bildirib ki, “Microsoft” Azərbaycanla əməkdaşlıqda və bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

R.Quluzadə Nazirliyin qeyd olunan əməkdaşlığa açıq olduğunu deyib və irəli sürülən təkliflər əsasında işçi qrupunun yaradılması təklif olunub.

İşçi qrupu mövcud vəziyyəti araşdırmalı və əməkdaşlığın perspektivləri ilə bağlı konkret təkliflər hazırlamalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi