Azərbaycan "Kaspersky Lab" şirkəti ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan "Kaspersky Lab" şirkəti ilə əməkdaşlığı genişləndirmək niyyətindədir Prezident İlham Əliyevin "Kaspersky Lab"ın baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşündə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
İKT
3 Mart , 2017 13:41
Azərbaycan Kaspersky Lab şirkəti ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı.3 mart.REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Münxendə “Kaspersky Lab” şirkətinin baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşü zamanı şirkətin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlığı barədə fikir mübadiləsi aparıb.

Bunu "Report"a açıqlamasında şirkətin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov bildirib. 

"Görüş zamanı Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi, sənaye və iqtisadiyyatın digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edim ki, Prezident İlham Əliyev kibertəhlükəsizlik sahəsinə böyük önəm verir", - deyə M.Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi