Azərbaycan İT istehsalçıları üçün təkliflər hazırlayıb

Azərbaycan İT istehsalçıları üçün təkliflər hazırlayıb İxraca yönəldilən istehsala güzəştli və uzunmüddətli maliyyə resursları ayrılacaq
İKT
18 Fevral , 2015 15:52
Azərbaycan İT istehsalçıları üçün təkliflər hazırlayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanda yeni texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərə maliyyə dəstəyinin göstərilməsi dövlətin prioritet istiqamətlərindəndir. Bu səbəbdən ixraca yönəldilən istehsala dövlət xətti ilə güzəştli maliyyə resurslarının, o cümlədən uzunmüddətli və kiçik kreditlər ayrılması nəzərdə tutulub. "Report"un verdiyi xəbərə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Xəzər Avropa Klubunun üzvləri ilə bu gün keçirilən görüşdə deyib. 

Nazir bildirib ki, ölkədə xarici İT şirkətlərinin aktivliyinin artırılması istiqamətində də iş görülür: "Xarici investorlara əsas təklifimiz ondan ibarətdir ki, layihələrdə investisiyalar bölüşdürülsün. İnvestisiyanın yarısı Azərbaycan, yarısı isə xaricilər tərəfindən yatırılsın. Xarici investorlardan ən əsas tələblərdən biri də məhsulların xarici bazarlara çıxarılmasının təmin olunmasıdır. Burada əsas məqsəd bazarın genişləndirilməsidir".

Son xəbərlər

Orphus sistemi