Azərbaycan İspaniyanın İT şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan İspaniyanın İT şirkəti ilə əməkdaşlıq edəcək Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. 
İKT
7 Dekabr , 2017 10:37
Azərbaycan İspaniyanın İT şirkəti ilə əməkdaşlıq edəcək

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə "Ağıllı şəhər", "Əşyaların interneti" kimi layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 50 illik təcrübəyə sahib olan “Cibernos” Avropanın ən böyük texnologiya şirkətlərindəndir və bir sıra Avropa ölkələrinə elektron həllərini təklif edir.

Son xəbərlər

Orphus sistemi