Yuxarı

Azərbaycan I Avropa Oyunlarına hazırlıq məqsədi ilə rabitə sahəsində yeniliklər planlaşdırır

Bakıda bütün rabitə kanallarının keyfiyyəti artırılacaq, xidmət tarifləri daha münasib olacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ Gələn il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına (Baku-2015) hazırlıq prosesi çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kompleks tədbirlər həyata keçirir. "Report"un xəbər verdiyi kimi, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavininin sözlərinə görə, 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa yay olimpiadası ilə əlaqədar bütün rabitə kanallarının keyfiyyəti artırılacaq, xidmət tarifləri daha da münasib olacaq.

"Həmçinin, paytaxtda əlverişli Wi-Fi zonaları yaradılacaq. Artıq görülmüş və qarşıda duran işlərlə bağlı bilavasitə sabah işə başlayan "Bakutel-2015" beynəlxalq sərgisində yerləşdirilən Nazirliyin stendində ətraflı məlumat veriləcək", - deyə E.Vəlizadə bildirib.

Qeyd edək ki, dekabrın 2-5-də Bakıda beynəlxalq İKT sərgisi, həmçinin bir sıra tematik konfranslar keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi