Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Cenevrədə ITU-nun Şurasının toplantısında iştirak edib

    ITU-nun ali idarəetmə orqanı olan Şuranın sessiyası iyunun 2-dək davam edəcək

    Bakı. 26 may. REPORT.AZ/ Cenevrədə (İsveçrə) Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Şurasının növbəti sessiyası işə başlayıb. “Report”un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

    ITU-nun ali idarəetmə orqanı olan Şuranın iyunun 2-dək davam edəcək sessiyasında qurumun gələn il üçün fəaliyyətinin təşkili, həmçinin telekommunikasiya sahəsi üzrə indiyədək qəbul edilmiş qərarların icra vəziyyəti, müasir tendensiyalara cavab verən strategiyaların inkişaf perspektivləri müzakirə olunaraq, qərarlar qəbul ediləcək.

    Tədbirin açılış mərasimində Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov iştirak edib.

    Qeyd edək ki, ITU-nun 193 üzv dövlətindən Azərbaycan da daxil omaqla, yalnız 48-i Şuranın üzvüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi