Yuxarı

“Audatex" şirkəti yeni proqram təminatı hazırlayıb

Azərbaycanda avtomobillərin işlənmiş ehtiyat hissələrini satanlar üçün proqram təminatı tətbiq oluna bilər

Bakı. 24 iyun. REPORT.AZ/ Fransanın “Audatex” şirkəti avtomobillərin işlənmiş ehtiyat hissələrini satan sahibkarlar üçün proqram təminatı hazırlayıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Audatex-Azerbaijan” MMC-nin icraçı direktoru Zakir Kərimzadə deyib.

Onun sözlərinə görə, yeni proqram təminatı satıcılara imkan verəcək ki, onlar ehtiyat hissələrinin kodlarını birbaşa “Audatex” sistemindən özləri götürsünlər. 

“Hazırda bu proqram Fransada pilot layihə kimi tətbiq olunur. Əgər bir il ərzində hər hansı problem ortaya çıxmasa, həmin proqram təminatının digər ölkələrə də satılması mümkündür”, - deyə, Z.Kərimzadə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi