Azərbaycan bankı tender elan edib

Azərbaycan bankı tender elan edib Tender kabel sisteminin montajı və elektromontaj üzrə təmir işlərinin aparılması ilə bağlıdır
İKT
13 İyun , 2015 11:57
Azərbaycan bankı tender elan edib

Bakı. 13 iyun. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC-nin “Elmlər” və “Gənclik” filiallarında yerləşdirilməsi üçün strukturlaşdırılmış kabel sisteminin montajı və elektromontaj üzrə təmir işlərinin aparılması məqsədilə açıq tender elan edilib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, tender təkliflərinin qiymətləndirilməsində ən səmərəli təklifə və texniki şərtlərin keyfiyyətinə üstünlük veriləcək.

Tender təklifləri iyunun 19-dək qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti,38 ünvanında yerləşən bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər Tender Komissiyası tərəfindən baxılmayacaq.

Son xəbərlər

Orphus sistemi