​Azalan “Windows Phone” satışları “Microsoft”da ciddi maliyə itkisinə səbəb olacaq

​Azalan “Windows Phone” satışları “Microsoft”da ciddi maliyə itkisinə səbəb olacaq “Windows 10” əməliyyat sistemininin təqdimatından sonra mobil cihzalarda satışlar dayanıb
İKT
29 İyun , 2015 22:22
​Azalan “Windows Phone” satışları “Microsoft”da ciddi maliyə itkisinə səbəb olacaq

Bakı. 29 iyun. REPORT.AZ/ “Microsoft” şirkəti böyük məbləğdə investisiya yatırdığı mobil cihaz bazarında zərərə doğru gedir. 

“Report” xarici mediaya istinadən bildirir ki, “Windows 10” əməliyyat sisteminin təqdimatından sonra ümumiyyətlə mobil cihzalarda satışlar dayanıb. Buna əsas səbəb kimi, alıcıların “Windows 10” sistemli mobil cihazları gözləməsidir.

“Nokia” mobil cihazlar bölməsini 9.4 mlrd. dollara satın alan “Microsoft” yeni və iddialı cihazların istehsal olunacağını elan edib. Bununla yanaşı 2018-ci ildə ağıllı telefon bölməsini 1.7 mlrd. dollara satacağı ehtimal olunan şirkət bu sahədən 45 mlrd. dollar gəlir və 4,5 mlrd. dollar kar payı əldə etməyi planlaşdırır. Şirkət bu hədəflərinə çatsa, “Nokia”ya ödənilən məbləği də kompensasiya edə biləcək.

Ancaq mütəxəssislər şirkətin hesabatına əsasən deyirlər ki, "Nokia"nın mobil cihazlar hissəsini satın alma müddətində xərclənən 9.4 mlrd. dollar “Microsoft”un tarixinə ciddi maliyyə itkisi kimi yazılacaq.

Qeyd edək ki, “Nokia”nın alışından əvvəl də “Microsoft” maliyyə itkisi yaşayıb. “Aquantive” firmasını 6.2 mlrd. dollara satın alan “Microsoft” gözlədiyi məbləği qazana bilmədiyi üçün bu rəqəmin hamısını zərər olaraq maliyyə hesabatlarına daxil edib.

Son xəbərlər

Orphus sistemi