Avqustda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə edənlərin sayı məlum olub

Avqustda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə edənlərin sayı məlum olub Avqust ayında bu xidmətdən 66,7 min dəfə istifadə olunub
İKT
16 Sentyabr , 2015 20:57
Avqustda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə edənlərin sayı məlum olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda telefon nömrəsi üzrə axtarış sistemi hələ də öz aktuallığını saxlayır. "Report" xəbər verir ki, avqustda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portalı üzərindən ən çox istifadə edilən 5 elektron xidmətindən biri “Telefon nömrəsi üzrə axtarış” xidməti olub.

Ötən ay bu xidmətdən 66 694 dəfə istifadə olunub.

Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur. Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar.

İstifadəçilər həmçinin e-xidmət vasitəsi ilə borclarını onlayn şəkildə ödəyə bilirlər.

Son xəbərlər

Orphus sistemi