Yuxarı

"​Asan imza" vasitəsilə bu günə qədər 10 milyonadək əməliyyat aparılıb

VTB Bank Azərbaycan özünün daxili elektron sənəd dövriyyəsi sistemində Asan imzanı tətbiq edən ilk bankdır

Bakı. 10 fevral. REPORT.AZ/ "Asan imza" vasitəsilə bu günə qədər 10 mln.-a qədər əməliyyat aparılıb. Ölkədə 450-yə qədər dövlət və özəl sektordan olan xidmətlərə müraciət etmək mümkündür. "Report" xəbər verir ki, bunu V Vergi Forumunda çıxış edən Estoniya-Azərbaycan Ticarət Palatasının rəhbəri Yana Krimpe deyib.

Onun sözlərinə görə, bank, sığorta və ödəniş portalları sektorunda bu sistem daha çox istifadə edilir:
"VTB Bank Azərbaycan" özünün daxili elektron sənəd dövriyyəsi sistemində "Asan imza"nı tətbiq edən ilk bankdır. Son iki il müddətində ən çox "Asan imza" "Yapı Kredi Bank Azərbaycan"ın xidmətlərinə müraciət edildiyi zaman istifadə edilib. İlk onluqda digər yerləri Hesab.az portalı, "Atabank", "Bank Respublika", "Access Bank", "Bank of Baku", "Paşa Həyat Sığorta", "Kapital Bank", "Paşa Bank", e-pul ödəmə sistemi və "VTB Bank Azərbaycan" tutur".

"Mobil imza" ilə bağlı da fikirlərini bölüşən Y.Krimper deyib ki, "Mobil imza"dan istifadə ÜDM-ə 2%-ə qədər qənaət edilməsinə şərait yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi