"​Asan İmza" Londonda təqdim ediləcək

"​Asan İmza" Londonda təqdim ediləcək Tədbirdə 76 ölkədən 1 500-dək nümayəndə iştirak edəcək
İKT
3 May , 2016 13:27
​Asan İmza Londonda təqdim ediləcək

Bakı. 3 may. REPORT.AZ/ Mayın 10-12-də Londonda (Böyük Britaniya) nüfuzlu beynəlxalq "SDW 2016" konfrans və sərgisi keçiriləcək. Tədbirdə rəqəmsal təhlükəsizlik, smart-kart və elektron çiplərin istehsalı, biometrik məlumatlar, rəqəmsal identitet üzrə infrastruktur həllər və s. mövzular ətrafında müzakirələrin aparılması gözlənilir. 

Bu barədə "Report"a "B.EST Solutions" şirkətindən məlumat verilib: "Konfransa qatılacaq iştirakçıların coğrafiyası olduqca genişdir: tədbirdə ümumilikdə 76 ölkədən 1 500-dək nümayəndə iştirak edəcək. İştirakçıların sırasında rəqəmsal identitet, biometrik texnologiyalar və kibertəhlükəsizlik məsələləri ilə məşğul olan aparıcı ekspert və alimlər, qeyd edilən sahələrdə fəaliyyət göstərən iri təchizatçı şirkətlərin nümayəndələri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, eləcə də müxtəlif ölkələrin dövlət xadimləri yer alacaq".

Konfransda məruzə ilə “B.EST Solutions” şirkətinin təsisçisi və rəhbəri Yana Krimpe de çıxış edəcək. Y.Krimpe öz çıxışını mobil identitetin elektron dövlət idarəetmə modelində rəqəmsal pasport aləti kimi istifadəsi mövzusuna həsr edəcək. Konfrans iştirakçılarına həmçinin Azərbaycanın mobil identitet və elektron imza texnologiyası olan “Asan İmza” barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki,  cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təqdim olunur. “B.EST Solutions” şirkəti “Asan İmza” mobil imza xidmətinin yaradıcısı və operatorudur. “Asan İmza” istifadəçiləri dövlət və özəl sektorun təqdim etdiyi elektron xidmətlərə yalnız mobil telefon vasitəsilə asanlıqla və istənilən yerdən daxil ola, eləcə də sənədlərə elektron imza ata bilər.

Son xəbərlər

Orphus sistemi