​"Apple" yeni "iPhone 6s" və "iPhone 6s Plus" modellərini nümayiş etdirib

​"Apple" yeni "iPhone 6s" və "iPhone 6s Plus" modellərini nümayiş etdirib Yeni "iPhone" modeli əvvəlkilərdən tamamilə fərqlənir
İKT
10 Sentyabr , 2015 00:24
​Apple yeni iPhone 6s və iPhone 6s Plus modellərini nümayiş etdirib

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Apple" şirkəti San-Fransiskoda keçirilən geniş təqdimat çərçivəsində məşhur "iPhone" smartfonunun yeni modellərini təqdim edib.

"Report" xəbər verir ki, bu dəfə "Apple" qadcetlərinin pərəstişkarları əfsanəvi qadcetin dərhal iki versiyasına - "iPhone 6S" və "iPhone 6S Plus"a sevinəcəklər.

Şirkət rəhbəri Tim Kukun sözlərinə görə, yeni "iPhone" modeli əvvəlkilərdən tamamilə fərqlənir.

Qadcetin rəngləri sırasına yeni çəhrayı qızıl çaları əlavə olunub. Həmçinin "iPhone 6" üçün klassik olan tünd boz, gümüşü və qızılı rəngli korpuslar qalmaqdadır.

İstehsalçıların məlumatına görə, məşhur smartfonun yeni modellərində ikinüvəli prosessor, "Retina" displeyi var. "iPhone 6S" və "iPhone 6S Plus"da yeni texnologiyalar - "3DTouch" və "Force Touch" (Ekrana sıxdıqda telefon təzyiqin gücünü müəyyən edəcək) tətbiq ediləcək.

Yeni "A9" prosessoru əvvəlkindən 70% sürətlidir. Yeniliklər, həmçinin biometrik ötürücüyə də də toxunub. "Touch ID 2" də sürətli və dəqiq olub.

Son xəbərlər

Orphus sistemi