"Apple" yeni iOS 12 əməliyyat sistemini təqdim edib

"Apple" yeni iOS 12 əməliyyat sistemini təqdim edib Bakı. 18 sentyabr. REPORT.AZ/ Apple şirkəti mobil cihazları üçün yeni iOS 12 əməliyyat sistemi hazırlayıb.
İKT
18 Sentyabr , 2018 16:47
Apple yeni iOS 12 əməliyyat sistemini təqdim edib
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Apple" şirkəti mobil cihazları üçün yeni iOS 12 əməliyyat sistemi hazırlayıb.

“Report”un verdiyi xəbərə görə, yeni sistem "iPhone5"dən və "iPad Air"dən başlayan seriya cihazlarına, həmçinin 6-cı nəsil "iPod Touch" cihazlarına yükləmək üçün yararlıdır.

Bununla yanaşı, yeni sistem əlavələrin, klaviaturanın və kameraların məhsuldarlığını artırır, yeni "Shortcuts" funksiyasını təqdim edir. "FaceTime" kollektiv zənglərinə 32-yə qədər iştirakçı cəlb edilə bilər.

Son xəbərlər

Orphus sistemi