​AMEA Rəyasət Heyətində Eduroam xidmətinin genişləndirilməsi işləri aparılıb

​AMEA Rəyasət Heyətində Eduroam xidmətinin genişləndirilməsi işləri aparılıb AMEA Rəyasət Heyəti aparatının müxtəlif şöbə və idarələrində yeni avadanlıqlar quraşdırılıb
İKT
29 Aprel , 2016 23:03
​AMEA Rəyasət Heyətində Eduroam xidmətinin genişləndirilməsi işləri aparılıb

Bakı. 30 aprel. REPORT.AZ/AzScienceNet EKŞ-nin bazası əsasında Eduroam xidmətinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi istiqamətində AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən AMEA Rəyasət Heyəti aparatının müxtəlif şöbə və idarələrində yeni avadanlıqlar quraşdırılıb. “Report” İnstituta istinadən xəbər verir ki, nəticədə Eduroam xidmətinin əhatə dairəsi, eyni zamanda keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə artırılıb.

Azərbaycanda Eduroam şəbəkəsinin yaradılması GEANT Assosiasiyasında ölkəni təmsil edən İnformasiya Texnologiyaları İnstitutu həyata keçirir. Eduroam xidməti institut tərəfindən AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) bazasında yaradılıb.

AMEA-nın beynəlxalq əlaqələrinin davamlı genişlənməsi, müntəzəm olaraq beynəlxalq tədbir və görüşlərin keçirilməsi akademiyanın bütün qurumlarında Eduroam (education roaming) xidmətinin yaradılmasını və internetə Eduroam vasitəsilə çıxışın təmin edilməsini zəruri edir.

Qeyd edək ki, Eduroam alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz, sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Eduroam xidmətinə qoşulan istifadəçilər ölkə daxilində, xaricdə minlərlə elm, təhsil qurumunun ərazisində olarkən internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir. Bu xidmət GEANT (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) tərəfindən təqdim edilir.

Son xəbərlər

Orphus sistemi