AİF keçirdiyi tenderin müddətini artırıb

AİF keçirdiyi tenderin müddətini artırıb Söhbət "Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiqi ilə bağlı mal və xidmətlərin alınmasına dair tenderdən gedir
İKT
15 Mart , 2017 13:33
AİF keçirdiyi tenderin müddətini artırıb

Bakı. 15 mart. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) "Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiq edilməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair keçirdiyi açıq tenderin müddətini yarım ay artırıb.

“Report” Fonda istinadən xəbər verir ki, iddiaçılar ilkin sənədləri əvvəlcədən elan edildiyi kimi martın 27-nə qədər deyil, aprelin 10-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 5-nə qədər deyil, aprelin 20-nə qədər Fondun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti,40 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 6-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, tenderdə iştirak haqqı 500 manatdır. 

Son xəbərlər

Orphus sistemi