Yuxarı
    Bağlamaq

    “Açıq hökumət məlumatları” portalında məlumatların sayı artırılacaq

    Açıq Hökumət Məlumatları” portalında 25 adda məlumat yer alıb

    Bakı. 15 fevral. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Tüksək Texnologiyalar Nazirliyinin (əvvəlki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Məlumat Hesablama Mərkəzində “Açıq hökumət məlumatları” mövzusunda görüş keçirilib.

    "Report"un mərkəzə istinadən verdiyi xəbərə görə, görüşdə “Açıq Hökumət Məlumatları” portalı, açıq məlumatlar, bu məlumatlar üzərindən hazırlanmış mobil tətbiqlər və bu tətbiqlərin dünya iqtisadiyyatına gətirdiyi gəlir, eyni zamanda portalda açıq məlumatların sayının artırılması barədə müzakirələr aparılıb.

    Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini Elçin Əliyev açıq məlumatların “Elektron hökümət” quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu vurğulayıb. Elçin Əliyev artıq 2 ildir ki, vətəndaşların ixtiyarında olan, Nazirliyin daxili imkanları hesabına yaradılmış “data.gov.az” adlı “Açıq Hökumət Məlumatları” portalında 25 adda məlumat yer aldığını qeyd edib.

    MHM-in baş mütəxəssisi Nadir Rəsulov isə “Açıq Hökumət Məlumatları” portalında açıq məlumatların sayının artırılmasını qarşıya məqsəd qoyulduğunu nəzərə çatdırıb. Bu məqsədlə nazirliyin bütün strukturlarından öz səlahiyyətləri çərçivəsində ictimai əhəmiyyətli məlumatları kompüter proqramı tərəfindən oxunaqlı formata gətirərək, hökumət portalına yerləşdirmək tələb olunur. Nadir Rəsulov qeyd edib ki, hansı məlumatları açıq etmək hər bir qurumun öz səlahiyyəti çərçivəsindədir, açıq edilən məlumatlar formatı isə müəyyənləşdirilmiş texniki şərtlərə uyğun olmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi