Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir Abşeron və Sumqayıt Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində telefonlaşmayan, eyni zamanda qismən telefonlaşan ərazilərdə telefon və internetə olan tələbatı nəzərə alaraq 4G LTE (Long-Term Evolution- Uzunmüddətli inkişaf) texnologiyası tətbiq edilməklə əhaliyə stasionar telefon və internet xidmətinin verilməsi üçün layihə hazırlanaraq icrasına başlanıb.
İKT
19 İyun , 2019 17:48
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

Abşeron və Sumqayıt Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində telefonlaşmayan, eyni zamanda qismən telefonlaşan ərazilərdə telefon və internetə olan tələbatı nəzərə alaraq 4G LTE (Long-Term Evolution- Uzunmüddətli inkişaf) texnologiyası tətbiq edilməklə əhaliyə stasionar telefon və internet xidmətinin verilməsi üçün layihə hazırlanaraq icrasına başlanıb. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.

LTE baza stansiyalarının artıq müvafiq ərazilərdə tikintisinə başlanıb və yaxın günlərdə əhalinin istifadəsinə verilməsi planlaşdırılır.

İlkin olaraq ümumi şəbəkənin modernləşdirilməsi aparılır, İPTV, GPON, LTE texnologiyaları tətbiq edilir.

Tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra, təqribən, 3000-ə yaxın abunəçi internet və telefon xidməti ilə təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi