ABŞ senatorları Kasperski antivirusundan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib

ABŞ senatorları Kasperski antivirusundan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib Onlar şirkət və Kreml arasındakı əlaqələrin çox narahatedici olduğunu hesab edir
İKT
29 İyun , 2017 11:13
ABŞ senatorları Kasperski antivirusundan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib

Bakı. 29 iyun. REPORT.AZ/ ABŞ senatorları Kasperski antivirusundan hərbi məqsədlər üçün istifadə olunmasına qadağa qoyulmasını tələb edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, müvafiq dəyişikliklər edilməsi təklifini Demokratlar Partiyasından olan senator Cin Şahin irəli sürüb. O, şirkət və Kreml arasındakı əlaqələrin çox narahatedici olduğunu bildirib.

Senatorlar və ABŞ administrasiyasının nümayəndələri bəyan ediblər ki, bu şirkətə kritik infrastrukturun, xüsusən də ölkənin təhlükəsizliyi üçün vacib olan kompüter sistemlərinin qorunması etibar edilə bilməz.

Son xəbərlər

Orphus sistemi