Bakı. 8 may. REPORT.AZ/ "Nəticədən razı qaldım. Lakin səhvlərimiz var idi. Hər iki komandanın qol vurmaq şansları oldu. Heç-heçəni ədaləti sayıram".
"Report"un məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsi çərçivəsində Kamerun yığması ilə 0:0 heç-heçədən sonra deyib.
57 yaşlı mütəxəssis bildirib ki, əsas məqsəd qrupdan çıxmaqdır. Onun sözlərinə görə, bu cür turnirlərdə ilk matçda uduzmamaq böyük önəm kəsb edir.
Azərbaycan millisi ilə birgə A qrupunda yer alan Mərakəş yığmasının da oyununu bəyəndiyini söyləyən Y.Vahabzadə qarşıdakı oyunlarda lazım olan xalları toplamağa çalışacaqlarını vurğulayıb.