Rio-2016: Azərbaycan təmsilçisi 155 marafonçu arasında 28-ci olub

Rio-2016: Azərbaycan təmsilçisi 155 marafonçu arasında 28-ci olub O, 40 km. məsafəni 2:15:31 saniyəyə qət edib
Fərdi
21 Avqust , 2016 18:46
Rio-2016: Azərbaycan təmsilçisi 155 marafonçu arasında 28-ci olub

Bakı. 21 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının son yarış günündə daha bir təmsilçimiz mübarizəyə qoşulub.

"Report" xəbər verir ki, legioner atlet Evans Kiplaqat Barkovet marafon qaçışında iştirak edib.

O, 40 km. məsafəyə marafon qaçışında 155 idmançı arasında finişə 2:15:31 saniyəlik göstərici ilə 28-ci çatıb.

Finişə ilk olaraq keniyalı atlet Kipçoqe Eliud, ikinci efiopiyalı Lilesa Feyisa, üçüncü isə ABŞ təmsilçisi Rupp Galen çatıb.

Son xəbərlər

Orphus sistemi