Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar sabah yola düşəcəklər. "Report"un məlumatına görə, paralimpiya komandası səhər saat 06:30-da Braziliyaya doğru hərəkət edəcək. Azərbaycan paralimpiyaçıları Fransadan tranzit olaraq Braziliyaya yollanacaqlar.
Paralimpiyaçılar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından mütəmadi reyslə yola salınacaq.
Qeyd edək ki, paralimpiya yarışları 7-18 sentyabrda keçiriləcək.