Hökumət “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib

Hökumət “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb
Fərdi
25 Aprel , 2017 11:00
Hökumət “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib

Bakı. 25 aprel. REPORT.AZ/ Nazirlər Kabineti “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib.

“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Sənədlə “Akkreditasiya olunacaq şəxslərin dairəsi”, “Akkreditasiyadan keçmə Qaydası” və “Akkreditasiya kartının forması” təsdiqlənib.

Sənədlə Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanlarına akkreditasiya sisteminin təşkili və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmələri tapşırılıb.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi