Zakir Həsənov: "İnanıram ki, üçrəngli bayrağımızı işğal altında olan əzəli torpaqlarımızda dalğalandıracaqsınız"

Zakir Həsənov: "İnanıram ki, üçrəngli bayrağımızı işğal altında olan əzəli torpaqlarımızda dalğalandıracaqsınız" Azərbaycanın müdafiə naziri 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib
Hərbi
15 Noyabr , 2014 18:51
Zakir Həsənov: İnanıram ki, üçrəngli bayrağımızı işğal altında olan əzəli torpaqlarımızda dalğalandıracaqsınız

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. "Report"un Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir: 

"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! Sizi 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm". 

Təbrikdə qeyd olunur ki, ötən əsrin 80-ci illərinin sonlarından geniş vüsət alan xalq azadlıq hərəkatı mərhum prezident Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərə təsadüf edir: "Ümummilli liderin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda iqtisadiyyatın fasiləsiz inkişafı təmin edilib, vətəndaşların maddi rifahı yaxşılaşdırılıb, dövlətçiliyimiz möhkəmləndirilib, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırıb. İnanıram ki, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndidə və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalandıracaqsınız. Sizin hər birinizə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".

Son xəbərlər

Orphus sistemi