Yavər Camalov: "Ölkədə 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində iş aparılır"

Yavər Camalov: "Ölkədə 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində iş aparılır" "Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilib"
Hərbi
17 Dekabr , 2017 10:48
Yavər Camalov: Ölkədə 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində iş aparılır

Bakı. 17 dekabr. REPORT.AZ/ "Cari ildə də yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilib. Həmin layihələr sırasında yeni nəsil təsir gücü artırılmış qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini göstərmək olar".

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yazıb.

"2017-ci ildə də nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir. Cari ilin 11 ayında nazirliyin müəssisələri tərəfindən 4 məmulat üzrə - xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılmış və istehsalı təşkil olunmuşdur. Eyni zamanda, xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşmış və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur. Bununla yanaşı, QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilmiş, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif mm-lik uzaq mənzilli minaatanların, müxtəlif mm-lik atəş yığımları üçün partladıcıların sınaqlarına başlanılıb. Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilib", - deyə nazir öz məqaləsində bildirib.

Son xəbərlər

Orphus sistemi