Yuxarı

Xızıda daha 132 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda daha 132 ədəd partlamamış hərbi sursat aşkarlanıb
​Xızıda daha 132 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərəfindən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə, 1 otlaq sahəsinə və ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumatan görə, 132 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 608 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 846 000 kv.m (84.60 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 37 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 10 ferma ərazisinə, 38 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 11 065 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd partlamış-yanmış sursat qalıqları və 23 770 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 42 082 828 kv.m (4 208 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi