​Xarici hərbi attaşelər Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib

​Xarici hərbi attaşelər Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib Ziyarət zamanı tədris müəssisələri barədə brifinqlər verilib və müəssisələrin maddi-tədris bazaları ilə tanışlıq həyata keçirilib
Hərbi
13 Fevral , 2015 18:21
​Xarici hərbi attaşelər Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkədə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və C.Naxçıvanski adına Hərbi Liseyə tanışlıq ziyarəti təşkil olunub. 

"Report"un Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ziyarət zamanı tədris müəssisələri barədə brifinqlər verilib və müəssisələrin maddi-tədris bazaları ilə tanışlıq həyata keçirilib.

14 dövləti təmsil edən hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkili ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirblər.

Son xəbərlər

Orphus sistemi