"Vertolyotı Rossii" Azərbaycanda "Mi-8/17" üçün servis mərkəzi açacaq

"Vertolyotı Rossii" Azərbaycanda "Mi-8/17" üçün servis mərkəzi açacaq Sazişin sentyabrın sonunda Bakıda keçiriləcək "ADEX-2016" sərgisində imzalacağı gözlənilir
Hərbi
10 Avqust , 2016 12:42
Vertolyotı Rossii Azərbaycanda Mi-8/17 üçün servis mərkəzi açacaq

Sazişin sentyabrın sonunda Bakıda keçiriləcək "ADEX-2016" sərgisində imzalacağı gözlənilir

Bakı. 10 avqust. REPORT.AZ/ "Vertolyotı Rossii" holdinqi Azərbaycanda "Mi-8/17" ailəsindən olan helikopterlərin təmiri üçün mərkəz açacaq. Bu barədə müvafiq sazişin sentyabrın sonunda Bakıda keçiriləcək "ADEX-2016" beynəlxalq sərgisində imzalacağı gözlənilir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu holdinqin baş direktorunun satış sonrası xidmət üzrə müavini İqor Çeçikov deyib.

"Bakıdakı serbis mərkəzini "Silk Way Helicopter Services" müəssisəsinin bazasında açmağı planlaşdırırıq. Servis mərkəzində mülki təyinatlı "Mi-8/17" tipli helikopterlərə xidmət göstəriləcək və ya onlar əsaslı təmir ediləcək. Eyni zamanda bu mərkəzin imkanlarının genişləndirilməsi və oradan hərbi təyinatlı helikopterlərə xidmət göstərilməsi, onların əsaslı təmir edilməsi üçün şəraitin yaradılması imkanı da nəzərdən keçirilir", - deyə İ.Çeçikov bildirib.

Onun sözlərinə görə, hazırda əməkdaşlığın qaydaları və forması barədə danışıqlar gedir.

Qeyd edək ki, avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin yekununda Rusiya baş nazirinin müavini Dmitri Roqozin jurnalistlərə açıqlamasında Bakıda helikopter mərkəzi və yığım aviazavodu açmaq planları barədə məlumat vermişdi. 

Son xəbərlər

Orphus sistemi