Yuxarı

V​axtanq Kapanadze: “Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasında mühüm rol oynaya bilər”

Gürcüstan həm ordu quruculuğu, həm də hərbi sənaye kompleksinin inkişafı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Tbilisi. 23 iyun. REPORT. AZ/ “Azərbaycan Ordusu dinamik inkişaf edir və böyük potensialı var. Azərbaycanın hərbi sənaye kompleksi də sürətlə inkişaf edir. Gürcüstan həm ordu quruculuğu, həm də hərbi sənaye kompleksinin inkişafı sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Vaxtanq Kapanadze deyib.

General deyib: “Hər bir ölkə üçün, eləcə də region üçün sülh çox vacibdir. Azərbaycan Ordusu öz inkişafı, mükəmməl maddi-texniki bazası ilə sülhün bərqərar olmasında mühüm rol oynaya biləcək bir qüvvədir. Biz dost və qardaş ölkə olan Azərbaycan ilə hərbi sahədə, xüsusən də regionun təhlükəsizliyi məsələsində əməkdaşlıqda maraqlıyıq. Bu gün biz birgə təlimlər və digər tədbirlər keçiririk. Hərbi qulluqçularımızın kadr hazırlığı da diqqət mərkəzindədir. Zabitlərimiz təcrübə mübadiləsi aparırlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi