Yuxarı
    Bağlamaq

    ​Ukrayna ANAMA-nın təcrübəsindən yararlanmaq niyyətindədir

    Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri əməkdaşlarının daxil olduğu nümayəndə heyəti Azərbaycana gəlib

    Bakı. 26 may. REPORT.AZ/ Ukraynanın Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri əməkdaşlarının daxil olduğu nümayəndə heyəti partlayıcı maddələrin məhv edilməsi və ərazilərin minalardan təmizlənməsi sahəsində ANAMA təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycana gəlib.

    ANAMA-dan "Report"a bildiriblər ki, ATƏT-in Ukraynadakı layihələri üzrə əməkdaşı Anton Şevçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Göygöl və Horadiz bazalarında ANAMA-nın imkanları və potensialı ilə tanış olacaqlar. Sonra Agentliyin baş qərargahında Ukrayna nümayəndə heyəti ilə görüş keçiriləcək.

    Səfər mayın 29-da başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi